Platonik sevgi
«Qarşılıqsız sevgidən çox əziyyət çəkmişəm. Həmişə uzaqdan-uzağa sevməklə kifayətlənirəm. Bir gün onun da məni sevəcəyini düşünərək, özümə təsəlli verirəm. Hər dəfə də sevgimin sonu peşmanlıq və göz yaşı ilə bitir. Sevdiyim insanın ona bəslədiyim hisslərdən xəbəri olmur. Mən həyatımı platonik sevgilərsiz təsəvvür etmirəm. Bəs sizin üçün platonik sevgi nədir?»

Psixoloq fikri:
Ən geniş yayılan platonik sevgi məkanlarından biri orta məktəbdir. Adətən, qız və ya oğlan özündən yuxarı siniflərdə oxuyan birinə vurulurlar. Onun hər hərəkətini ideal qəbul edirlər. Məhəllədə də platonik sevgilər çox yaşanır. Ümumiyyətlə, bu tip sevgilər daha çox yeniyetməlik illərində olur. Yaş artdıqca insanlar sevgilərini daha rahatlıqla etiraf edir və onu qarşılıqlı sevgiyə çevirməyə çalışırlar. Bu səbəbdən iş yerləri platonik sevgilərə ən az rast gəlinən məkanlardan biridir. Ən çox rast gəlinən və ən imkansız platonik sevgi növü məşhurlara bəslənən hisslərdir.
Platonik sevginin ifrat dərəcədə olması isə artıq həmin insanın psixikasında pozğunluq yarandığının işarəsidir. Həmin insanlar yalnız fikirlərində yaratdıqları bir obrazın xəyalı ilə yaşamağa üstünlük verirlər. Belə insanlar mütləq psixoloqa müraciət etməlidirlər.

(Mix.az-dan)

Bazar
2025-06-15
3:56 PM
Xəbər kalendarı
«  İyun 2025  »
BB.eÇ.aÇC.aCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Daxil ol!
Xoş gəlmisiniz,Qonaq!
Cavabınız
O sevginizdən xəbərdardır?
Cəmi 4007 səs
Musiqi dinlə
Hava haqqında

Copyright: Immortal King © 2025