Səni çox sevmişdim...
Bilmirəm ilk sözlərimi necə başlayım. Qəlbimdə sənə deyəcək çox sözüm var. Sənsiz günlərimdə sənli günlərimi xatırlayıram....Yəni ki, gəncliyimin ən gözəl günlərini. Gözlərimdə canlanır o günlər. Necə gözəl başlamışdı sevgimiz. Məni özunə çox bağlamışdın. Mənə etdiyin o nazlar heç cür çıxmır fikrimdən. Səni dəlicəsinə bir sevgi ilə sevirdim. Birdə o günlər dönəcəkmiş kimi ümid edirəm. Zaman keçdikcə səni o gözəl günlərimizdəki xatirələrlə anacağam. Qədrini bilmədiyimiz o günlər. Heç dəyəri yoxmuş əvvəlki yaşadığmız günlərin. Harda qaldı o sevgi, harda qaldı o duyğular. İndi biz birlikdə olmasaqda gözəl başlayan, gözəl yaşanan bu sevgini xoş duyğularla bitirməliyik. Bir vaxtlar sevgimizin ən gözəl günlərini yaşayırdıq. İndi isə sevgimizin ən acısını yaşayırıq. Səninlə sevgimizin ən şirin çağlarında ayrıldıq. Sən hər zaman mənim olacaqsan amma ki, qəlbimdə. Bir gön başqasıyla ailə qursamda səni heç vaxt unutmayacam. Səni çox sevmişdim... Nə vaxtsa məni unutsanda bu sözləri unutma. Nə vaxtsa ehtiyacın ola bilər. Yalan da olsa bir gön kiməsə bu sözləri deyəcəksən... Artıq sənin mənə dönməyəcəyini bilirəm. Sənə son dəfə səni sevdiyimi deyə bilməyəcəyimi də bilirəm. Hər nə olursa olsun səni ilk gündəki kimi sevirəm. Bu sevginin qarşılıqlı olmadığını bilə-bilə sevirəm. Bir gün dilə gələcək, səni necə sevdiyini deyəcək qəlbim. Amma səni nə qədər çox sevsədə çox gec. Çünki sən artıq mənim deyilsən. İndi anlayıram ki biz birlikdə ola bilmərik. Sən nə vaxtsa bir kimsənin, məndə bir kimsənin qismətinə düşəcəyik. Səni sevə-sevə itirdim. Sevə-sevədə unutmağa çalışacam. Nə vaxtsa üz-üzə gəlsək nə cəsarətlə üzümə baxacağını bilmirəm. Qarşılaşsaqda təki gözlərimiz qarşılaşmasın. Axı gözlərim gözlərini sevmişdi. Sən bəlkədə məni yox mənim səni sevməmi sevirsən....
Bir gün səni düşünərkən xəyalın canlanmağa başladı gözlərimin önundə. O vaxtdan anladım ki, sən hər zaman gözlərimin önündə olacaqsan. Harda baxdımsa ,nə düşündümsə səni gördüm. Getdikcə, məndən uzaqlaşdıqca döyünən ürəyim sayırdı ayaq səslərini. Çalış ki məni unut. Səndən məni xatırlamanı istəmirəm. Çalışacam ki məndə səni unudum. Bilirəm unuda bilməyəcəm. Sənin məni unutduğun kimi. Unutma ki, bu dünyada mənim olmasanda o biri dünyada mənim olacaqsan. Səni heç kəsə verməyəcəm. Sevdiyim üçün bu sözləri yazdığımı hiss edəcəyini bilirəm. Sevdiyin üçün bu sözləri oxuyacağını da bilirəm. Gözəl gözlərinin parıltısı qalıb gözlərimdə. Sən mənimlə daha da xoşbəxt ola bilərdin. Gözlərinə baxaraq mənim olmanı arzulamışdım....
İndi sənsizəm...Sənsizdə olacağam..Sənsizlik səndən vəfalı çıxdı. Səndən heç vaxt geri dönməyini istəməyəcəm. Bilirəm bir gün yenə mənə dönəcəksən. Amma ki gec olacaq, qəlbim səni qəbul etməyəcək. Çünki qəlbim sənin kimi vəfasızları qəbul edəcək qədər vəfasız deyil. Məni unuda bilməyəcəksən. Yanında olacağam həmişə. Bəlkədə gözlərinin xəyallara daldığı kiçicik bir nöqtədə, bəlkə də sevirəm deyərək özünü aldatdığın insanın gözlərində tapacaqsan məni.. Qaranlıq dünyam dərdlər və mən, Ağlımdakı tək düşüncəm xoşbəxtlik və sən...Əvvəl gözlərin, sonra sən çıxdın qəlbimnən......
(mix.az-dan)