Hər şey qaranlıqdan başladı…


Hər şey qaranlıqdan başladı.
Boz kütlənin içində itib-batmış azadlığımızı xoşbəxtliyimizə qurban vermişdik.
Ətrafımızdakı məğlub olmuş insanlar bizim mübarizəmizə gülürdülər.
Biz də gülürdük onların acizliyinə.
Həyat MTV ekranlarından görünən kimi rəngarəng, insanlar diş pastası reklamlarındakı kimi xoşbəxt deyildi.
Hava zavod tüstülərinə, Od silahlara, Su qana dönmüşdü.
Torpaq isə mərmər parkların altında qalmışdı.
İnsanlar öz maskalarına çevrilmişdi.
Bütün vaxtımız boş keçirdi, amma heç nəyə də vaxtımız çatmırdı.
Gördüyümüz ədalətizlikləri içimizdə söyürdük.
Müasir gənclər inqubatorundan ölüm statistikasına doğru gedən bu yolda bizi pul, içki və seks gözləyirdi.
Amma biz cəsarət, xoşbəxtlik və sevgini seçdik.
Biz seçilmişliyi seçdik.
Paradoksları normaya, istisnaları qanuna çevirdik.
Dünyanı əksinə fırlatmaq üçün geriyə dönməyimiz bəsdir.
 
Bazar ertəsi
2024-05-06
4:50 PM
Xəbər kalendarı
«  May 2024  »
BB.eÇ.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Daxil ol!
Xoş gəlmisiniz,Qonaq!
H.O.S.T
  • H.O.S.T
  • Yaranması
  • H.O.S.T-un mənaları
  • Mahnı sözləri
  • FotoAlbom
  • Üzvləri
  • Məlumatlar
  • Saytı
  • Cavabınız
    O sevginizdən xəbərdardır?
    Cəmi 4006 səs
    Sizcə sevgi nədir?
    200
    Musiqi dinlə
    Hava haqqında

    Copyright: Immortal King © 2024