Əgər sevgini anlada bilmirsənsə,çəkinirsənsə, oxu amma yarımçıq qoyma hamısını oxu!!!

9-cu sinifdə oxuyurdum.İngilis dili dərsində yanımda bir qız otururdu.Ona sən mənim ən yaxşı dostumsan deyirdim.Amma mən onun ipək kimi saçlarına baxıb onun mənim olmağını istəyirdim...Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.Dərsdən sonra keçən dərsdə olmadığı üçün məndən qeydləri istədi.Ona qeydləri verəndə təşəkkür etdi və yanağımdan öpdü.Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım.

10 cu sinifdə oxuyanda telefonum çaldı.Zəng eləyən o idi.O ağlayırdı,sevginin necə ürəyini sındırdığını deyirdi.Meni evinə çağırdı.Tək qalmaq istəmədiyini deyirdi.Mən təbii ki,getdim.Divanda onun yanında oturdum.Gözəl gözlərinə baxıb onun mənim olmağını istəyirdim.2 saatdan sonra Drew Barrymore’nin bir filmi başladı.Filmə baxdıqdan sonra yatmağa qərar verdi.Hər şey üçün mənə təşəkkür etdi və yanağımdan öpdü.

Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım.....Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və sevgilisinin xəstə olduğunu dedi.Mənim də birlikdə getməyə sevgilim yox idi.7-ci sinifdə bir-birimizə söz vermisdik ki,əgər bala getməyə sevgilimiz olmasa birlikdə gedəcəyik.Və ən yaxşı 2 dost olaraq bala bir yerdə getdik.O gün çox gözəldi.Hər şey yolunda idi.Gecədən sonra onu evlərinə qədər ötürdüm.Qapının qabağında ona baxdım,mənə daha gözəl göründü.O da gözəl gözləriylə mənə gülümsəyərək baxdı. Onun mənim olmağını istəyirdim. O mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.....Mənə həyatımın ən gözəl gününü keçirdim deyib yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım....

Günlər keçdi və məzuniyyət günü gəlib çatdı.Bütün günü ona baxırdım.Diplomunu almaq üçün səhnəyə çıxanda sanki havada süzən bir mələk idi.

Onun mənim olmasını istəyirdim...Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim...

Evə getməmişdən qabaq yanıma gəldi ve ağlayaraq məni qucaqladı.Sonra başını çiynimə qoyub,sən mənim ən yaxşı dostumsan deyib yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım...

Aradan illər keçdi.İndi o qızın nigahını izləyirəm.Bəli o artıq evlənirdi.Onun başqa bir adamla evli olaraq yeni həyata girməyini öz gözlərimlə izləyirdim. onun mənim olmağını istəyirdim...Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.Yeni həyata girmədən öncə yanıma gəldi,toyuma gəldin deyib təşəkkür etdi və məni yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi bilməsini istəyirdim.Onu çox sevirdim amma deyə bilmirdim.Səbəbini bilmirdim amma çox utanırdım...

İllər çox tez gəlib keçdi.İndi mənim bir zamanlar ən yaxşı dostum olan qızın tabutuna baxıram.Əşyaları yığışdırılanda məktəb illərində yazdığı gündəliyi tapıldı.Gündəlikdə oxuduğum sətirlər belə idi:

“ONUN GÖZLƏRİNƏ BAXARAQ ONUN MƏNİM OLMASINI ARZULADIM.AMMA O MƏNƏ MƏNİM ONA BAXDIĞIM GÖZLƏ BAXMIRDI,BUNU BİLİRDİM.ONU SADƏCƏ DOST KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ İSTƏYİRDİM.ONU ÇOX SEVİRDİM AMMA DEYƏ BİLMİRDİM.SƏBƏBİNİ BİLMİRDİM AMMA ÇOX UTANIRDIM....KAŞ MƏNƏ BİR DƏFƏ DƏ OLSUN SEVDİYİNİ DEYƏRDİ...”

Belə itirməkdənsə sevdiyinizi söyləyərək itirin!!!

(mix.az-dan)

Cümə
2017-09-22
2:16 AM
Xəbər kalendarı
«  Sentyabr 2017  »
BB.eÇ.aÇC.aCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Daxil ol!
Xoş gəlmisiniz,Qonaq!
Cavabınız
O sevginizdən xəbərdardır?
Cəmi 3978 səs
Dost saytlar

Copyright: Immortal King © 2017